Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2018
10:24
Latviyada seçkilərin qalibi rusiyayönümlü partiya oldu

Latviyada keçirilən parlament seçkilərində “Soqlasiye” sosial-demokrat partiyası 19,8 faiz səs toplayaraq qalib gəlib. FaktXəbər bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
Nəticələr göstərib ki, Avropa Birliyi və NATO üzvü olan Latviyada keçirilən parlament seçkilərinin qalibi rusiyayönümlü partiya olub.
 
Əhalisinin dörddə birini ruslardan ibarət olan Latviyadakı seçkilərdə KPV LV Partiyası (Dövlətin Sahibi Kimdir?) səslərin 14,3 faizini toplayaraq ikinci, Yeni Mühafizəkar Partiyası isə 13,6 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Partiya lideri və paytaxt Riqanın meri Nils Usakovs bildirib ki, bu dəfə hökumətdə yer alacaqlarına ümid edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Latviya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 04:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com