Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2018
11:39
“Azərkosmos” 100 mln. dollar gəlir əldə edib

“Azərkosmos” ASC indiyə qədər milli peyklərin istismarından 100 mln. ABŞ dollarından çox gəlir əldə edib. Bunu “Azərkosmos”un sədri Rəşad Nəbiyev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əldə olunan gəlirin 80%-dən çoxu ixracın payına düşür.

ASC-nin sədri bu günədək peyklərin 25-dən çox ölkədə sabit müştəri bazasının formalaşdığını qeyd edib: “Bir məsələni qeyd edim ki, son illər Azərbaycanla eyni vaxtda peyk layihələrinə başlamış bir sıra yaxın region ölkələrinin imic və ya prestij xarakterli proqramlarından fərqli olaraq, bizim peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı kommersiya xarakteri daşıyır”.

Qeyd edək ki, “Azərkosmos” 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə təsis edilib. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, bu il sentyabrın 26-da isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Azərkosmos 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 00:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com