Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
16:50
2844
Azərbaycanlı abituriyentlər Gürcüstanda aksiya keçirib

Gürcüstanda bu il ali məktəblərə qəbul olmayan azərbaycanlı abituriyentlər Tbilisidə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin binası qarşısında akiya keçiriblər.

Aksiya iştirakçıları əllərində “Gürcü dilində təhsil almaq hüququmuzu əlimizdən almayın!”, “Ölkənin gələcəyi bizim əlimizədir, gələcəyimizi əlimizdən almayın!”, “Gürcüstan universitetlərində təhsil almağımıza imkan verin!” şüarları tutublar.

Gənclər bildiriblər ki, ali məktəbə qəbul üçün minimal həddi keçsələr də, tələbə adını qazana bilməyiblər. Onlar ixtisas seçimi zamanı istənilən sayda ixtisas qeyd etmək imkanının olması barədə məlumatlı olmadıqlarını bildiriblər.

Narazı abituriyentlər Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən onların müxtəlif ali məktəblərin boş qalan yerlərinə yerləşdirilməsini xahiş ediblər.

Gənclər əllərindəki şüarlarla nazirliyin binasına daxil olublar və nazir Mixeil Batiaşvili ilə görüş tələb ediblər.

Qeyd edək ki, Gürcüstanda bu il 500-ə yaxın azərbaycanlı abituriyent qəbul imtahanlarında keçid balı toplasa da, universitetlərə qəbul ola bilməyib. (report.az)

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
613

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1676
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 07:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru