
İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük.
37- DİN İNKİŞAFA MANEDİR
Qədimdən bəri dini bəşəri və ictimai inkişafın, irəliləyişin önündə əngəl kimi qəbul edən dairələr var. Xüsusilə 17-ci və 18-ci əsrlərdə Qərb cəmiyyətinin bu nöqtədə böyük dəyişiklik prosesinə daxil olduğu və "maarifçilik" kimi qəbul edilən fikir hərəkatının nəticəsi olaraq, xüsusilə Qərb düşüncəsinə istiqamət verən bəzi intellektualların dünyəviləşmə prosesini yaşadığını görürük.
Ziyalıların dini qurumlara baxışlarını, təsiri altında qaldıqları materialist-pozitivist fəlsəfələr müəyyən edib, elm qarşısında artıq dinin heç bir qüvvəsi qalmadığı inancını yayanlar müasir dinin elm olduğunu söyləyirlər. Onlar dini, ictimai həyatın və insan xəyalının məhsulu kimi görür və mənfəət əldə etmək arzusunun nəticəsi olaraq yaradıldığını düşünürlər.
Bəşər tarixinə baxdıqda dinin insanların mədəniləşməsi, inkişaf edib irəliləməsində olduqca həyatı əhəmiyyətə malik olduğunu görmək mümkündür. Peyğəmbərlərin göndərilməsi ilə birlikdə içində olduqları cəmiyyətlərin qısa zaman ərzində batil əqidə və əməlləri tərk etdikləri, ictimai, bəşəri və əxlaqi mənada üstünlük qazandıqları görünür. Bəşəriyyət tarixi düzgün şəkildə araşdırılsa, bu həqiqət açıq şəkildə ortaya çıxar.
Bununla yanaşı adətən dini, ya da inanclıları mürtəcelikdə ittiham edən dairələrin çox vaxt günahlandırdıqları şəxslərin "geridəqalmışlıqlarını" daha da geridəqalmış və fanatik şəkildə insanların inanclarına, geyim-keçimlərinə və həyat tərzinə müdaxilə ilə etdikləri, yalnız özləri kimi olan insanları adam saydıqları, özləri kimi olmayan insanları isə alçaltdıqları müşahidə olunur. Bu tip insanların mütərəqqiçilikdən anladıqları isə insanların inanc azadlığına qarışmağa, geyim haqlarını əllərindən almağa və inkubator insan modeli yaratmağa yönəlik dəyişiklikdir. Halbuki tarix səhnəsinin dəfələrlə açılıb bağlanan pərdələri bu oyunun insanların əksəriyyəti tərəfindən qəbul edilmədiyini açıq şəkildə göstərir.
Quranda 750 dəfə elm kəlməsi və törəmələri işlədilmişdir. Əlavə olaraq mənaca “oxumaq, düşünmək, ibrət almaq, ağıl, fikir, hikmət, ayə, zikr” kimi kəlmələrin də mövcudluğu nəzərə alınanda, Qurandakı hər dörd ayədən birinin elmlə əlaqəli olduğunu görə bilərik.
"...nə üçün onların hər bir cəmiyyətindən bir dəstə dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə pisliklərdən çəkindirsinlər..." ("Tövbə" surəsi, ayə 122)
Qurani-Kərimlə azacıq tanışlığı olanlar bunu həm də onun həqiqətən Allah tərəfindən göndərilməsinə dəlil saya bilərlər. Yalnız fikirlərinin doğruluğuna hədsiz dərəcədə əmin olan, sözlərində ziddiyyət və qeyri-dəqiqlik olmayan bir kitab elmə, məntiqə, təfəkkürə bu qədər çağırış edə bilər. Bu kitab möhtəşəm olaraq "Oxu!" sözü ilə başlayır ("Ələq" surəsi, ayə 1) və onda deyilir: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!" ("Zumər" surəsi, 9)
Son olaraq İslam Peyğəmbərindən insanları elm öyrənməyə yönəldən bir neçə hədisi təqdim edirik:
- Elm Çində olsa belə öyrənin. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir.
- Bütün yaxşılıq və fəzilətlərin mənşəyi elmdir və elm ən yüksək fəzilətdir.
- Gecənin qaranlığında ay öz nuru ilə digər ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir.
Dini məsələlərdə özünü aldatmağın 40 yolu | |||
1-ci YOL | 2-ci YOL | 3-cü YOL | 4-cü YOL |
5-ci YOL | 6-cı YOL | 7-ci YOL | 8-ci YOL |
9-cu YOL | 10-cu YOL | 11-ci YOL | 12-ci YOL |
13-cü YOL | 14-cü YOL | 15-ci YOL | 16-cı YOL |
17-ci YOL | 18-ci YOL | 19-cu YOL | 20-ci YOL |
21-ci YOL | 22-ci YOL | 23-cü YOL | 24-cü YOL |
25-ci YOL | 26-cı YOL | 27-ci YOL | 28-ci YOL |
29-cu YOL | 30-cu YOL | 31-ci YOL | 32-ci YOL |
33-cü YOL | 34-cü YOL | 35-ci YOL | 36-cı YOL |
37-ci YOL | 38-ci YOL | 39-cu YOL | 40-cı YOL |

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel10-12-2018 14:50 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 40-CI YOL
30-11-2018 11:11 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 39-CU YOL
13-11-2018 15:33 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 38-Cİ YOL
18-09-2018 12:00 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 36-CI YOL
30-07-2018 15:51 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 35-Cİ YOL
10-05-2018 15:33 Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 34-CÜ YOL
- 15-04-2021 20:00 Ramazan ayının 3-cü gününün duası - AUDİO
- 15-04-2021 11:59 Ramazan orucu nə zamandan tutulur?
- 14-04-2021 20:00 Ramazan ayının 2-ci gününün duası - AUDİO
- 14-04-2021 11:53 Ramazan ayında and içmək orucu batil edirmi?
- 13-04-2021 20:00 Ramazan ayının 1-ci gününün duası - AUDİO
- 13-04-2021 18:00 Ramazan ayının 4 adı
- 13-04-2021 15:10 RAMAZAN yağışında islana biləcəyikmi?
- 12-04-2021 12:46 Ramazan ayının təqvimi açıqlanıb
- 06-04-2021 12:05 Ümrə ziyarəti ilə bağlı şərtlər açıqlandı
- 29-03-2021 14:02 Ramazan ayı ilə bağlı fətva veriləcək
- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə