Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
12:57
2821
Gənclərimiz Gürcüstanda iş təcrübəsi keçəcək

Gürcüstanın dövlət idarələrində iş təcrübəsi keçmək üçün milli azlıqları təmsil edən gənclər üçün növbəti proqram elan olunub.

Təcrübə proqramına “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı, erməni, abxaz və osetin gənclər müraciət edə bilərlər.

Layihə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin təşəbbüsü, ABŞ-ın USAID təşkilatı və Gürcüstanın Birləşmiş Millətlər Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.

Təcrübə proqramı üzrə gənclərə mərkəzi və yerli dövlət qurumlarında 500 vakant yer təqdim olunacaq.

Müraciətlər oktyabrın 8-dən 22-dək qəbul olunacaq. Müsabiqə əsasında seçiləcək gənclər 1 aydan 6 aya qədər dövlət qurumları, yerli özünüidarətmə və publik hüquqi şəxs statusuna malik idarələrdə təcrübə keçə biləcəklər.

Təcrübə proqramının əsas məqsədi etnik azlıqlardan olan gənclərin məşğulluğu ilə bağlı perspektivlərin yaxşılaşdırılması, onların gələcək karyeralarına töhfə vermək və milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstəyin göstərilməsidir.(report.az)

Məqalədə : iş təcrübəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2040

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1827

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
579

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
141

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1947

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
112

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru