Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2018
12:27
2995
Azərbaycan bankları ilə bağlı vacib dəyişiklik

Azərbaycanda bankların Müşahidə Şurası (MŞ) üzvlərinin səlahiyyət müddəti 3 ilə aşağı salınıb.

Bunu nəzərədə tutan "Banklar haqqında" qanuna dəyişikliklər layihəsi bu gün Milli Məclisin plenar iclasında I oxunuşda müzakirə olunub.

Dəyişikliyə əsasən, MŞ üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və yaxud kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin ediləcək.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Qeyd edə ki, Bankın MŞ Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı MŞ üzvləri sırasından sədr təyin edir. MŞ üzvlərinin muzdu Bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

Digər dəyişikliklə isə, bankların İdarə Heyəti (İH) üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 3 ildən çox olmayan müddətə təyin edilirlər. Hazırda hazırda qüvvədə olan qanuna əsasən bu müddət 4 ildir.

Qeyd edək ki, İH 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İH üzvlərindən birini sədr təyin edir. İH sədrinin səlahiyyətləri İH-nin əsasnaməsində müəyyən edilir.

Digər dəyişikliyə isə banklarda MŞ-nın səlahiyyətləri artırılır. 

Dəyişikliyə görə, Audit Komitəsinin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən deyil, MŞ tərəfindən təyin olunacaq.

Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən MŞ həmçinin Bankın Audit Komitəsinin üzvlərini təyin etmək və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək də imkanı əldə edəcək.

Həmçinin digər dəyişikliyə əsasən Audit Komitəsinin üzvləri də 4 il deyil, 3 il müddətinə təyin olunacaq.

Qeyd edək ki, Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər.

Məqalədə : Azərbaycan Bankları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1276

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
113

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
63
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 18:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru