Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
17:31
Rusiya Azərbaycanda Pentaqonun laboratoriyasının olduğunu açıqladı - FOTO

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillovun sözlərinə görə, 2017-ci ildən 2019-cu ilə qədər Rusiya Federasiyasının qonşuluğunda olan dövlətlərdə Pentaqon laboratoriyalarının maliyyələşdirilməsi təxminən bir milyard dollar təşkil edəcək.

FaktXəbər-in RİA Novostiyə istinadən məlumatına görə, ABŞ Administrasiyası sözügedən layihə üçün 2019-cu ildə 197 milyon dollarlıq büdcə istəyib.

Qeyd edək ki, Gürcüstanın keçmiş Dövlət Təhlükəsizlik naziri İqor Qiorqadze Moskvada keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ABŞ prezidenti Donald Trampa Riçard Luqar adına laboratoriyanın fəaliyyətlərini araşdırmaq üçün müraciət edib və ehtimal edir ki, orada insanlar üzərində ölümcül təcrübələr aparılır. 

Qioqradze bildirib ki, laboratoriyada hepatit C müalicəsi üçün aparılan təcrübələr zamanı 2015-ci ilin dekabr ayında 30 nəfər ölüb. 2016-cı ilin aprel və avqust aylarında isə müvafiq olaraq 30 və 13 nəfər ölüb, ölüm səbəbi isə "naməlumdur", amma səbəbləri araşdırılmayıb. Onun sözlərinə görə, ölənlərin adları qeyd olunmayıb, yalnız doğum tarixləri ilə cinsiyyətləri qeyd olunmuş nömrələr var.

Kirillov həmçinin qeyd edib ki, Luqar Mərkəzi ABŞ-ın geniş hərbi-bioloji proqramının yalnız kiçik elementidir: "Aktiv fəaliyyət Rusiya ilə həmsərhəd dövlətlərin ərazisində aparılır,  burada həmçinin Pentaqona tabe olan laboratoriyalar da fəaliyyət göstərir. Laboratoriya korpuslarının yenidən qurulması Azərbaycan, Ukrayna və Özbəkistan ərazisində davam edir."

Kirillovun sözlərinə görə, onların fəaliyyətinin prioriteti yoluxucu xəstəliklər haqda informasiya yığımı və patogen mikroorqanizmlər ştammlarından ibarət milli kolleksiyaların daşınmasıdır. Bu mikroorqanizmlər vaksinlərin qoruyucu təsirini aşa bilir və antibiotiklərə davamlıdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Pentaqon laboratoriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2018 14:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com