Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
17:01
2733
`Kimlərsə çeklərdən istifadə etməyibsə öz günahlarıdır`

Sosial şəbəkələrin kimliyi məlum olmayan istifadəçiləri Azərbaycanda özəlləşdirmə çeklərinin dəyərinin bərpası üzrə kampaniyaya başlayıblar.  Kampaniyanın təşkilatçıları yazıçı Çingiz Abdullayev və ziyalılar adından ölkə rəhbərliyini  özəlləşdirmə qəbzlərinin qiymətsizləşdirilməsi fırıldağını həyata keçirən  məmurları cəzalandırmağa çağırırlar.

Bu barədə  "Feysbuk" sosial şəbəkəsindəki müvafiq qrupda, kampaniyanın təşkilatçıları qeyd edirlər.

Çingiz Abdullayev açıqlamasında bu təbliğatçılıq kampaniyasında iştirakı haqda informasiyanı təkzib edib.

"Bunlar əclafdırlar! Onlar mənim şəklimi verir və adımdan ziyalılara müraciət yazırlar. Onlar dövlətə qara yaxmaq və ziyalılarla arasını vurmaq üçün mənim məşhurluğumdan istifadə edirlər".

Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında  tanınmış şəxslərin adından bu cür kampaniyanın aparılmasının yolverilməzliyini xüsusi qeyd edib:

“Əvvəla, Çingiz Abdullayev kifayət qədər tanınmış yazıçıdır.  Onun adından istifadə edib özəlləşdirmə çekləri ilə əlaqədar belə bir təlimat yaymaq qəbuledilməzdir. Hesab edirəm ki, sosial şəbəkələrdə belə vasitələrə əl ataraq tanınmış insanlardan istifadə etmək düzgün deyil”.

İqtisadçı deputat bildirib ki, ildə bir ya iki dəfə bu çeklər gündəmə gətirilir:

“Halbuki, bu çeklərlə bağlı dövlət başçısının bir neçə sərəncamı olub. Hətta çeklərlə bağlı müəyyən vaxt da verilib. Faktiki olaraq kimlərsə  zamanında istifadə etməyibsə, bu onların öz günahıdır. Ona görə də müxtəlif yollarla fikri çaşdırmaq, diqqət mərkəzində saxlamaq problemdir. Çünki o çekləri özəlləşdirən insanlar artıq bunu həyata keçirib. İndi əldə qalanlar isə elə də böyük çeklər deyil”.

Vahid Əhmədov  eyni zamanda bu cür məsələlərdə rəsmi orqanlara müraciətləri istisna etməyib.

“Əlbəttə, bu çeklərlə əlaqədar dövlət başçısına müraciətlər olur. Çünki o çeklərdən az da olsa əllərdə qalıb. İstifadə edə bilmədiklərinə görə narahatdırlar. Təbii ki, rəsmi orqanlara müraciət edə bilərlər. Amma kimlərinsə adından istifadəyə  yol verilməməlidir”.

Qeyd edək ki, yazıçı Çingiz Abdullayev “Feysbuk”un administrasiyasına və Azərbaycanın hüquq-mühafizə orqanlarına araşdırma aparmaq və yalan məlumat müəlliflərinin şəxsiyyətlərini müəyyənləşdirmək xahişi ilə müraciət edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2546

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2374

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1792

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1500

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
460

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
265

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1193
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 06:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru