Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
12:55
Doqquz azərbaycanlı qadın Türkiyədən deportasiya edilir

Türkiyənin Niğdə bölgəsinin Bor rayonundakı gecə klublarından birində keçirilən əməliyyat zamanı doqquz azərbaycanlı saxlanılıb.Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, axtarış zamanı klubdan bir ədəd doqquz millimetrlik tapança və narkotik vasitə aşkarlanıb. 

Saxlanılan şəxslərdən birinin pasportuna saxta giriş möhürü vurulduğu, beşinin isə iş icazəsi olmadan klubda çalışdığı bildirilib. Qalan üç nəfərin deportasiyası ilə bağlı işlər aparılır. 

Azərbaycanlılarla yanaşı, bir rusiyalı və üç gürcü də saxlanılıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : deportasiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com