Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
11:23
Terrorçular əkir, ABŞ qoruyur - Narkotik

PKK terrorçularının Suriyadakı zəhər tarlaları ABŞ hərbçiləri tərəfindən qorunur. FaktXəbər bildirir ki, bu barədə "Yeni Şafak" qəzeti yazıb. Terrorçuların zorla ələ keçirərək narkotik plantasiyalara çevirdiyi məntəqələr ABŞ bazalarına yaxın ərazilərdə yerləşir.

Narkorik məhsulların becərildiyi ərazilərin təhlükəsizliyini ABŞ hərbçiləri həyata keçirir.

PKK terror təşkilatının Suriyada fəal olduğu bölgələrdə on minlərlə hektar ərazi narkotik plantasiyalarına çevrilib. Rəqqa, Haseke və Deyr-əz-Zorda əraziləri zorla əllərindən alınan yerli sakinlər "Yeni Şafak"a açıqlamasında bildiriblər ki, suriyalı gənclər də bilərəkdən narkotik maddələrin aludəçisinə çevrilirlər.  

Ənvər Rüşdi adlı sakinin sözlərinə görə, Rəqqa, Tel Abyat, Haseke və Deyr-əz-Zorda market, dəftərxana və apteklərdə narkotik satışı həyata keçirilir. Terrorçular PKK sıralarına yeni üzvlər yığmaq üçün gəncləri narkotik vasitələrdən asılı vəziyyətə salınır, daha sonra onları təşkilata üzv etmək asanlaşır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : narkotik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 15:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com