Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Oktyabr

2018
08:35
Bakıda əhali ərzağa 5.5, qeyri-ərzaqa məhsullarına isə 6.9 milyard manat xərcləyib

2018-ci ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,1 faiz artaraq 12 milyard 450,6 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 5 milyard 530,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 6 milyard 920,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 24,7 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ərzaq məhsulları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 05:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com