Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2018
12:57
3253
Mən bugünkü iclasa ürək ağrısı ilə gəldim - NAZİR

“Bəzi insanlar tarixi abidələri daşla vurub sındırırlar, üzərinə adlarını yazırlar, lazımsız reklamlar vururlar, sonra deyirlər ki, dövlət bizim mədəni irsimizi qorumur“.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”nin elektron portalının təqdimatında deyib.

Nazirin fikrincə, gərək hər bir vətəndaş tarixi sərvətləri qorumağın vacibliyini anlasın: “Biz özümüz ölkə daxilindəki abidələri lazımı qədər qoruya bilmirikmi? İnsanlar yenə də hər şeyi dövlətin üstünə atırlar. Başqa ölkədə tarixi binaya bir dənə mıx vurmaq üçün azı 150 sənət yığmaq lazım olur. Hərdən biz aciz qalırıq.

Bu proses insanların şüurunda olmalıdır. Bunu insanların şüuruna necə daxil edək? Nazirin çıxışları ilə, televiziya vasitəsilə uzun uzadı danışmaqla, yoxsa qəzetlərdə məqalələr yazmaqla, müasir texnologiyalarla ya da məktəblərdə bunu etməliyik? Hər şey vəhdət təşkil etməlidir. Mən bugünkü iclasa bunun ürək ağrısı ilə gəldim. Ona görə ki, biz hələ indi öz sərvətlərimizin dəyərini anlayırıq. İndi onu dünyada tanıtmağa başlamışıq“. (report.az)

Məqalədə : ürək ağrısı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1327

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
164

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
119
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 02:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru