Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2018
12:28
`Milli Məclisdə baş verənlər olduğu kimi təqdim edilmir`

“Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim edilmir. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır:

“İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Milli Məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 09:37



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com