Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2018
09:50
2087
Rusiya ABŞ-ın raket hədəsinə cavab verdi

ABŞ-ın NATO-dakı naimi nümayəndəsi Key Beyli Xatçisonun Rusiya raketlərini vurma  imkanları barədə dedikləri aqressiv ritorikadır. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

«Belə qənaət yaranıb ki, bu cür bəyanatlar verən insanlar öz məsuliyyətlərini və aqressiv ritorikanın təhlükəsini dərk etmirlər. Kim bu xanıma səlahiyyət verib ki, belə  bəyanatlarla çıxış edir? Amerika xalqı? ABŞ sakinlərinin məlumatı varmı ki, onların ciblərindən maaşları ödənən «diplomatlar» özlərini aqressiv və destruktiv aparırlar», - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə hər şeyi sındırıb-dağıtmaq asandır, bərpa etmək isə çətin.

«Amerika diplomatiyası öz səhvlərini düzəltmək üçün çox şey etməlidir», - deyə XİN nümayəndəsi vurğulayıb və bildirib ki, rusiyalı hərbi ekspertlər təfərrüatlı cavab verəcəklər.

Xatırladaq ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison ABŞ-ın “Orta və kiçikmənzilli raketlərin ləğvinə dair müqavilə”ni pozan istənilən Rusiya raketini məhv etməyə hazır olduğunu bildirmişdi. O bəyan etmişdi ki, əgər Moskva gizli şəkildə qadağan olunmuş qanadlı raket sistemlərini hazırlasa, Vaşinqton həmin silahları tətbiqə başlamazdan əvvəl vuracaq.

Onun sözlərinə görə, ABŞ Rusiyanın razılaşmanı pozduğunu bilir və sübutlar da var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1561

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 03:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru