Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
16:44
Zəvvarlara xəbər: dünyanın ən böyük çətirləri istifadəyə verilir - FOTO

Məkkədə yerləşən müqəddəs Məscidul-Haramda hər biri 3500 hacını kölgəsinə alacaq ən böyük çətirlərin quraşdırılması başa çatmaq üzrədir.

FaktXəbər salamnews-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyinin mənbələri dünyanın ən böyük çətiri olacaq Məscidul-Haram çətirlərinin açılışının yaxın günlərdə baş tutacağını bildiriblər.

Məlumata görə, çəkisi 500 ton olan hər çətir 30 metr hündürlüyündə olacaq və onların hər birinin kölgəsində 3500 namaz qılan ibadət edə biləcək.

Almaniya istehsalı olan çətirlər Məkkə ərazisində quraşdırılacaq 8 nəhəng və yüksək texnologiyalı konstruksiyanın ilk hissəsidir. Məlumata görə hər bir çətirdə zəvvarlar üçün kondisioner, müşahidə kameraları, saatlar, monitorlar və sair quraşdırılacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Həcc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com