Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
15:45
160 nömrəli marşrutun zərərçəkənləri 50 min manat ala bilər

Bazar ertəsi Bakının Binə qəsəbəsində 160 nömrəli sərnişin avtobusu qatarla toqquşub, bir nəfər ölüb, 30-dan çox yaralı olub. 

FaktXeber.com-un məlumatına görə, sığorta eksperti İlkin İbrahimov marşrut xəttinin sığortası ilə bağlı danışıb. 

İcbari sığortalar haqqında qanuna görə "ölkəmizdə avtonəqliyyat vasitələrinin icbari sığortası" bütün maşınların sığoryalanmasını məcburi edir. Hətta artıq sığorta etməyənlər DYP nin radarları ilə avtomatik müəyyən edilərək avtomobil sahiblərinə cərimələr tətbiq olunur.

Yəni həmin sığortanın mahiyyəti o deməkdir ki, sığorta olunan avtomobil qarşı maşına (əmlaka) dəymiş ziyan üzrə 5000 azn , sağlamlığa dəymiş ziyana görə isə 1 hadisə üzrə 50000 azn məbləğində sığorta ödənişi olunur. Bu tələb icbari sığortalar haqqında qanunla tənzimlənir. Baş vermiş qəza ilə bağlı əgər göstərilən məbləğdən artıqdırsa bu zaman qalan məbləğə görə avtomobil sahibi məsuliyyət daşıyır. Sağlamlığa dəymiş ziyan isə xüsusi diqqət yetirilmişdir. Əgər zərərvuran avtomobilin icbari sığortası olmasa belə, sağlamlığa dəymiş zərər yenə də ödənir. Bu ödənişi İcbari Sığorta Bürosu həyata keçirir. Konkret olaraq 160 saylı marşrutla bağlı demək istəyirəm ki, mətbuatdan oxuduğum versiyaya əsasən günah marşrut sürücüsündə olsa , marşrut sürücüsündən başqa avtomobildəki şəxslərə, xəsarətin dərəcəsindən asılı olaraq ümumilikdə 50000 min manatı keçməməklə sığorta ödənişi düşəcək. Xəsarətin dərəcəsindən asılı olaraq sığorta ödənişləri aşağıdakı qaydada olacaq. Ölüm halına görə-5000 azn, yüngül xəsarət-750 azn, az ağır -1500azn, ağır 1500 azn , ağır sonradan bu hal üzrə əlilliyə çevrilərsə yenidən 1500 azn yəni ümumi 3000 azn sığorta ödənişi veriləcək.

Qeyd edim ki, xəsarətin dərəcəsi məhkəmə tibbi ekspertizasının verdiyi rəy əsasında müəyyən edilir. Göstərilən məbləğlər avtomobil sürücüsü günahkar olarsa və ya sərnişin qismində sürücünün yaxın qohumları olarsa , göstərilən kompensasiyadan yararlana bilmir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : avtobus qatar qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-11-2018 04:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com