Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
12:21
Aleks İvobi: `Qarabağ`a qol vurmağa çalışacağam

"Meydana çıxdığım görüşlərdə şanslardan yaxşı istifadə etməliyəm. "Uotford"la matçda qol imkanlarından yararlana bilmədim. Baş məşqçi “Qarabağ”la oyunda mənə şans versə, qol vurmağa çalışacağam”. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Arsenal"ın futbolçusu Aleks İvobi Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi deyib.

Nigeriyalı yarımmüdafiəçi hazırda özünü tam yaxşı formada hiss etdiyini bildirib: "Topla daha inamlı oynayıram. Baş məşqçi Unay Emeri mənə məşqlərdə çox kömək olur. Mənə bacarıqlarımı necə inkişaf etdirməli olduğumu göstərir. Onun  oyun üslubuna uyğunlaşdığımı düşünürəm. Məşqlərdə daha aktivəm. Fikrimcə, baş məşqçi etdiklərimdən məmnundur".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı oktyabrın 4-ü yerli vaxtla saat 20:55-də başlayacaq.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : "Qarabağ" 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 20:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com