Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 May

2012
11:10
`EVAKUATORLAR RAMİZ ZEYNALOVUN BİZNES SAHƏSİDİR`
Xanhüseyn Əliyev: "Evakuatorlar nazirlərdən kiminsə balasını götürüb aparsa, proses dayanacaq"

"Rövnəq Abdullayevin nə qazı, nə də texniki şərti mənə lazım deyil. Mən 6-7 ay qapı-qapı gəzməliyəm, məmurların qarşısında baş əyməliyəm"

Müsahibimiz "Qaya mətbuat yayımı" MMC-nin direktoru Xanhüseyn Əliyevdir

- Xanhüseyn müəllim, bəzi məmurlarımız Avrovijndan istifadə edərək şəxsi maraqlarını təmin etmək yolu tutublar. Belə məmurlardan siz də ziyan çəkmisinzmi? 
- Avrovijndan qabaq hansı küçələrdə maşınları saxlamağın qadağan olunması barədə televiziyalarda və qəzetlərdə elan verilmişdi. Elan olunmuşdu ki, həmin küçələrdən maşınlar götürüləcək. O küçələrin siyahısında mənim yaşadığım Xaqani küçəsi yox idi. İkincisi də, Xaqani küçəsinə maşınların saxlanması ilə bağlı qadağındır işarəsi qoyulmayıb. Mayın 21-də səhər saat 11-dən başlayıblar, saat 1-ə qədər heç bir xəbərdarlıq olunmadan Xaqani küçəsindən bütün maşınları evakuatorlarla yığışdırıblar, aparıblar Cavanşir körpüsünə. 100-ə yaxın maşını götürüblər. Qızımın maşını da onların içərisində olub. Bu, qeyri-qanunidir, polislərin özbaşnalığıdır.

- Sizcə, bunlar nə məqsədlə edilir? 
- Evakuatorlar Ramiz Zeynalovun biznes sahəsidir. Təxminən 5 il əvvəl Azərbaycana evakuator maşınlar gətirildi. Evakuatorların üzərində yol polisinin nömrəsi yazılıb. Evakuatorlar lazımdır. Elə harınlamış məmur balaları var ki, yolun ortasında maşını saxlayıb gedir. Evakuatorlar onu götürməlidir, amma onu götürmürlər. Eşitdiyimə görə maşınları cərimə meydançasına aparırlar, onu geri almaq üçün 50 manat ödəmək lazımdır. Bu 50 manat hara gedir heç kim bilmir. Məndə olan məlumata görə, bu 50 manatın 10 manatı evakuatoru sürən sürücüyə və onun yanında duran polisə çatır. Qalan 40 manat gedir yol polisinə. Mayın 21-də 100 maşın götürülüb, bu da 4 min manat edir.

- Bir ara evakuatorların xəbərdarlıq etmədən maşınları götürməsi qadağan edilmişdi. Yenidən niyə başladılar?
- Təxminən 2 il bundan qabaq prezident aparatında işləyən bir ağsaqqal nəvəsi ilə birlikdə maşında gəzməyə çıxıb. Nəvə maşında qalıb baba mağazaya girib. Qayıdanda görüb ki, maşın yoxdur, nəvəsi ilə birlikdə aparıblar. Ürəyi partlayıb ölmüşdü. Ondan sonra səs-küy qalxdı. Evakuatorlar yoxa çıxdı. Yenə də evakuatorlar nazirlərdən kiminsə balasını götürüb aparsa, proses dayanacaq. Adi vətəndaşlar məmurlar üçün heç kimdir. Keçən ay Tovuza getmişdim. 5 ulduzlu oteli göstərib dedilər ki, bu, Ramiz Zeynalovundur. Otelin aşağısı 30-40 milyon qiyməti var. Haradandır səndə bu? Guya İlham Əliyev bunu bilmir? Korrupsiyaya Qarşı Mübarizə İdarəsi niyə yaranıb? Xaricilərin gözündən pərdə asmaq üçün. 3-4 aydan bir JEK rəisini, dəftərxana işçisini tuturlar ki, korrupsiya ilə vuruşuruq.

- Qanunsuz olaraq maşınları apardığına görə həmin polisə nə cəza düşür?
- Vəzifə səlahiyyətlərini aşma var, əmlakın toxunulmazlığı qanunu pozulub. Oğurluq gizli görülür, maşın açıq şəkildə oğurlandığı üçün bu, talan kimi qiymətləndirilir.

- Niyə Məhkəməyə müraciət etmədiniz?
- Azərbaycanda məhkəmə var?

- Vətəndaşın hüququ pozulur, məhkəmə də baxmır. Belə olanda vətəndaş nə etməlidir?
- Nə vaxtsa partlamalıdır. Ərəb ölkələrində nə cür oldu?

- Son zamanlar qaz sayğacları ilə bağlı yenidən problemlər yaranıb. Eşitdiyimizə görə sizin ofis də bundan yan keçməyib.
- "Qaya"nın ofis şəxsi mənzilimdə yerləşir. Mənim imkanım yoxdur özümə ofis tikim, böyük ofis icarəyə götürüm. Bütün mənzillərdə olduğu kimi, bu mənzildə də iki gözlü qaz plitəsi və hamamda qızdırıcı var. Sayğac işləyir, üzərində plombu var, hər ay pulu ödəyirik. Qaz idarəsində gəlib deyir get texniki şərt al, yəni ki, aylarla hansısa məmurun qapısında dur, pul ver ki, evimdəki qaza texniki şərt ver. Belə hadisə 6 il bundan əvvəl də olmuşdu. Pul istədilər vermədim, qazı kəsib getdilər. Azəriqazın o vaxtkı rəhbərliyinə müraciət etdim. Müavin məktuba cavab verdi, komissiya təşkil etdi, qazı bərpa etdilər, qaz sayğacına təzə plomb vurdular, üzrxahlıq edib getdilər. İndi qazın satışını da veriblər Azərbaycan Dövlət Neft Şirkətinə. Mən Rövnəq Abdullayevə inanırdım, səmimi adam bilirdim, ona yazılı müraciət etdim. Əfsuslar olsun ki, yanıldım. O, Nərimanov rayonunda kiçik bir məmurun marağını sahibkarın marağından üstün tutdu.

- Sizi qazsız qoydular?
- İdarədə çalışan işçilərə nahar verirdik. Bu, alqışlanmalıdır. Mən 6-7 ay qapı-qapı düşməliyəm, idarələri gəzib məmurların qarşısında baş əyməliyəm. Onun nə qazı, nə də texniki şərti mənə lazım deyil.
 
P.S. Aldığımız məlumata görə, "Azəriqaz"ın nümayəndəsi gələrək "Qaya"nın qazını bərpa edib. Mənzilinə iki kompyuter, yaxud iki tikiş maşını qoyub kiçik bir biznes sahəsi quranları məcbur edirlər ki, gedib texniki şərt alsın. Ümid edirik ki, Rövnəq Abdullayev məsələdən xəbərdar olandan sonra problem köklü həllini tapacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43381

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41658

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43301

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42757

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48279

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42818

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43254
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 16:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru