Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
11:44
ABŞ İsrailə 38 milyard dollarlıq yardıma başlayır

ABŞ Dövlət Departamenti sabiq prezident Barak Obama tərəfindən imzalanan İsrailə 38 milyard dollarlıq təhlükəsizlik yardımını nəzərdə tutan maliyyənin verilməsinə başlanacağını açıqlayıb. FaktXəbər "Sputnik"ə istinadən bildirir ki, maliyyə yardımı 10 il ərzində mərhələli şəkildə İsrail rejiminə təqdim olunacaq.
 
Departamentin sözçüsü Heather Nauert bildirib ki, Obama dövründə imzalanan və İsrailə 38 milyard dollarlıq hərbi dəstəyi nəzərdə tutan 10 illik anlaşma memorandumunu Donald Tramp da dəstəkləyir.

Memoranduma əsasən, Birləşmiş Ştatlar 10 il ərzində İsrailin təhlükəsizliyini artırmaq və ikitərəfli əlaqələri gücləndirmək üçün Təl-Əvivə xarici hərbi maliyyələşmə çərçivəsində 3.3 milyard dollar, raket müdafiəsi və kooperativ proqramlar üçün isə 500 milyon dollar məbləğində maliyyə yardımı edəcək.

Məqalədə : ABŞ-İsrail 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
228

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
321

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 08:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru