Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
10:59
İmam Hüseyn (ə) bacısını ağlamaqdan çəkindiribmi?

İmam Hüseyn (ə) Kərbəlada iki yerdə Həzrət Zeynəbi (ə) və Əhli-Beytini ağlamaqdan, üzə, başa vurmaq və fəryad eləməkdən çəkidirib. 

Birincisi, Seyid Tavus “Lühufda” (Fəxrinin farsca tərüməsi ilə, s.90) yazır: İmam Hüseyn (ə) oturduğu halda bir az mürgülədi. Yuxudan ayılandan sonra dedi: “Bacı can, yuxuda cəddimi, atamı, anamı və qardaşımı gördüm. Onlara mənə dedilər ki, çox yaxında onlara qovuşacam”. 

Həzrt Zeynəb (s.ə) üzünü şillələyərək fəryad çəkdi və ağladı. 

İmam Hüseyn (ə) buyurdu: “Sakit ol bacım, düşmənləri bizə güldürmə.”

İkincini isə Şeyx Müfid “əl-İrşad” kitabında (c.2, s.91-95) yazır: “İmam Hüseyn (ə) Kərbəlada Aşura günündən öncə səhabələrini toplayıb xütbə oxudu. Allah həmd və sənadan sonra sabah (Aşura) son fürsətin olduğunu və şəhid olacaqlarını bildirdi, səhabələrinə getmək və qalmaq barədə seçim ixtiyarı verdi... İmam Zeynülabidin (ə) nəql edir ki, həmin gecə mən bibim Zeynəbin (s.ə) yanında idim. Bu zaman atam Hüseynin (ə) xeyməsində yanıqlı səslə şer oxuduğunu eşitdik. Başa düşdük ki, sabah şəhidlik mütləqdir. Məni qəhər boğdu, amma özümü saxladım. Bibim isə buna dözə bilməyib fəryadla özünü atamın xeyməsinə çatdırdı və dedi: Vay olsun mənə, kaş öləydim, necə ki, atam, anam və qardaşım bu gün yoxdurlar, mən də sağ olmayaydım, ay gedənlərimin yadigarı, qardaş, ay qalanlarımın pənahı qardaş!

Atam bibimi bu halda görüb buyurdu: “Bacım, dözümünü şeytan əlindən almasın.”

Ravi deyir: "Burada İmamın da gözü yaşardı... Zeynəb (s.ə) İmamın bu halına dözməyib şillə ilə üzünə zərbə vurdu və huşunu itirdi. İmam onun üzünə sü tökərək ayıltdı. Sonra bacısına buyurdu: “Sakit ol bacım, təqvalı və dözümlü ol... Səni and verirəm, mən öləndən sonra yaxanı və üzünü cırma, özünə ölüm arzulama...” 

Gördüyünüz kimi İmam bacısını və qızlarını cahiliyyət dövrünün qadınları kimi yas saxlamaqdan çəkindirir. Amma cahiliyyət dövrünün qalıqları, uşaq başı kəsən sələfi və vəhabilər bunu Aşura əzadarlığına qarşı paylaşırlar. Burada Aşura əzadarlığını qadağan edən bir şey yoxdur. Sadəcə İmam vəsiyyət edir ki, özünüzü zəif göstərərək düşmənləri sevindirəcək və sizə dil yarası vurmağa səbəb olacaq tərzdə əzadarlıq etməyin. Həmçinin, hadisənin baş verdiyi məkan, zaman və şərait göstərir ki, bu vəsiyyət hadisələrin baş verdiyi zamana aiddir. Sonrakı dövrlərdə əzadarlıq etməyi qadağan etmir. Necə ki, həm Kərbəla əsirləri, Əhli-Beyt xanımları və məsum imamlarımız bu əzadarlığı növhə demək və ağlamaq ilə saxlayıblar. 

Bundan əlavə, bu hadisədən əldə etdiyimiz nəticə budur ki, biz bu gün də cahiliyyət dövrünün qadınlarına xas olan əzadarlıq növlərindən çəkinməliyik. İslam düşmənlərinə dini istehza etmək üçün fürsət verməməliyik. Əzadarlığı öz ürfümüzə, sağlam ənənə və adətlərimizə uyğun tərzdə keçirməli, bu məsələdə yad ürflərdən istifadə etməməliyik. 

Mirməhəmməd Bəşir

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məhərrəmlik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com