Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2018
09:54
4 nəfərin ölümünə səbəb olan sürücü tutulub

Sumqayıtda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən sürücü tutulub.

Bu barədə FaktXəbər-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, sentyabrın 30-da saat 07:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində Rövşən Həsənovun idarə etdiyi “Mercedes Benz 208 D” markalı, 01-BP-806 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qabil Məmmədovun idarə etdiyi “Mersedes Benz 4140” markalı, 90-CT-969 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub, nəticədə mikroavtobusun sürücüsü R.Həsənov, həmin mikroavtobusun sərnişini, təqribən 60-65 yaşlarında naməlum qadın aldıqları xəsarətlərdən hadisə yerində, sərnişinlər Raisa Rzayeva və Tamara İsmayılova isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib.

Mikroavtobusda olan digər 13 sərnişin müxtəlif dərəcəli bədən xəsarətlərı ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilib, şahidlərin ifadəsi alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Qabil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə : həbs 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
140

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
165

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
180

Milli Məclisin deputatı vəfat edib

07

Dekabr
08:39
ÖLKƏ
325

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
275

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
398

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 11:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru