
Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında mətbuatın problemlərinə diqqət çəkdi.
Ə.Amaşov xatılatdı ki, 2016-cı ildən ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisi tətbiq edilir: “Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. İş burasındadır ki, vaxtilə həmin qərara əsasən də ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı ƏDV-dən azad idi. Halbuki əvvəldən məsələnin qərara salınması düzgün deyildi. Onsuz da Vergi Məcəlləsinin 164.1-ci və 164.1.7-ci maddələrində idxal olunan KİV məhsullarının ƏDV-dən azad olduğu vurğulanırdı. Elə ziddiyyət də bundadır. Nə üçün ƏDV Vergi Məcəlləsi qala-qala Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur? Yaxşı olar ki, qanunvericilik planında biz bu məsələyə də diqqət yetirək. İstərdim ki, bizim qəbul etdiyimiz qanunları heç bir icra strukturu öz mənafeyinə uyğun yozub, istifadə etməsin”.
Mətbuat Şurasının sədrinin qaldırdığı ikinci məsələ onlayn media ilə bağlı oldu: “İnternetin cəmiyyətə təsiri danılmazdır. Qanunvericiliyimiz də buna adekvat olaraq inkişaf edir. Ayrı-ayrı qanunlara dəyişiklik nəticəsində internet üzərindən yayımın məsuliyyəti məsələsinə diqqət yetirilib. Faydalı dəyişikliklərdən biri kimi mən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişiklikləri vurğulamaq istərdim. Ancaq hesab edirəm ki, internet medianın funksiya və vəzifələri ayrıca qanunda əksini tapsa, daha faydalıdır. Televiziya və radio yayımı haqqında qanun varsa, kabel şəbəkəsi haqqında qanun qəbul etməyi düşünürüksə, demək, internet media fəaliyyətinin də hüquqi əsaslarını bir qanunda birləşdirmək zəruridir. Bu, imkan verəcək ki, həm mövcud sahədəki boşluqlar aradan qalxsın, həm də biz internet medianın da dövlət yardımından bəhrələnməsinə nail olacağıq. Məsələ bu günümüz üçün çox vacibdir”.
Ə.Amaşov informasiya təhlükəsizliyi ilə bağlı da danışdı: “Əlbəttə, müəyyən dövlət sənədlərində bu məsələ əksini tapır. Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanun var. Lakin bu sənədlərdə informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, günümüzün reallığını nəzərə alaraq mövcud istiqamətdə daha fundamental yanaşma vacibdir. Bunun üçün informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud da qanunun qəbuluna ehtiyac var”.(musavat.com)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun21-05-2019 19:53 Əflatun Amaşov jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib
05-12-2018 16:25 Əflatun Amaşov jurnalistlərin nöqsanlarından danışdı
08-11-2018 10:44 Əflatun Amaşov dövlətdən 1 milyon pul istədi
06-08-2018 14:16 "Azərbaycanda xarici dilli jurnalistlərə ehtiyac var"
30-03-2018 11:04 "Qarşılarına kim çıxır söyürlər…" - Əflatun Amaşov
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib