Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

01 Oktyabr

2018
12:23
2329
Rusiya Suriyada verdiyi itkilərinin sayını açıqladı

Suriyadakı hərbi əməliyyatlarda Rusiya Silahlı Qüvvələrinin 112 hərbçisi həlak olub. FaktXəbər "Sky News"a istnadən bildirir ki, bu barədə ictimaiyyətə Rusiyanın Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Viktor Bondarev məlumat verib.

O, əlavə edib ki, Rusiya Suriyada aparılan 3 illik əməliyyatlarda 112 hərbçi, 8 təyyarə, 7 helikopter və 2 zirehli döyüş maşınını itirib.

Viktor Bondarev daha sonra Suriyadakı müharibəni Əfqanıstanla müqayisə edib: "Əfqanıstanda ilk 3 ildə sovet ordusunun 4,8 min hərbçisi həlak olmuş, azı 60 tank, 400-ə yaxın zirehli döyüş maşını, piyadaların zirehli maşını və zirehli kəşfiyyat maşını, 15 təyyarə, 97 helikopteri məhv edilmişdi".

Rusiyalı general sonda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisyanın İraqdakı itkilərindən də danışıb: “Koalisiya qüvvələri 3 ildə (2003-2006-cı illərdə) 2515 hərbçi, 10-20 tank, azı 50 zirehli döyüş maşını, 15 təyyarə və 80-ə yaxın helikopter itirmişdi”.

Məqalədə : rusiyalı hərbçilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
919

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1035

Sabaha olan hava proqnozu açıqlanıb

25

Aprel
13:50
ÖLKƏ
93
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru