Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2018
11:07
İmişli rayonunda qədim qala aşkarlanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d Mikayil Mustafayevin rəhbərliyi ilə İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində ilkin arxeoloji qazıntılar aparılıb.

FaktXeber.com-a AMEA-dan verilən məlumata əsasən, tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid  bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib. 

Bundan əlavə, qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib, hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan tədqiqatlar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, həmçinin digər maddi mədəniyyət nümunələri aşkar edilib. Üzərində rəngli naxışlar olan, əl ilə döymələr vurulan bir çox məişət əşyası da üzə çıxıb.

Qazıntının ilk mərhələsi Qızıltəpənin orta əsrlərə aid olduğunu göstərsə də, mütəxəssislər hesab edir ki, qazıntıların sistematik davam etdirilməsi daha qədim tarixə malik mədəni qatları aşkar edə bilər.

Hazırda abidənin ilkin kartoqrafik qeydi və kvadrokopter çəkilişi aparılmaqdadır.

Məqalədə : İmişli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
386

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
735
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 06:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru