Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2018
17:12
Dünyada hər 8 nəfərdən biri 60 yaşdan yuxarıdır

İnkişaf etməkdə olan ölkələrdə sürətlə artan dünya əhalisinin 9 faizini təşkil edən yaşlıların 2050-ci ilə qədər 22 faizə yüksələcəyi təxmin edilir. Hazırda dünyada hər 8 nəfərdən biri 60 yaş və ondan yuxarıdır.

FaktXəbər-in məlumatına görə, insanların yaşlıların sağlamlığı barədə məlumatlandırılması, yaşlıların səhiyyə və sosial baxımdan yaşayış standartlarının yüksəldilməsinə diqqəti çəkmək üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) 1990-cı ildə qəbul etdiyi qərarla 1 Oktyabr Dünya Yaşlılar günü elan edilib.

Bu münasibətlə yaşlı insanların fərdi rifahı və cəmiyyətin inkişafı üçün potensiallarının necə ortaya çıxaracağı da dünya miqyasında nəzərdən keçirilir.

BMT-nin Əhali Fondundan verilən məlumata əsasən, hazırda dünya əhalisinin 59,6 faizi (4,54 milyard) Asiyada, 16,9 faizi (1,3 milyard) Afrikada, 9,7 faizi (742 milyon) Avropada, 8,5 faizi (652 milyon) Latın Amerikası və Karib hövzəsində və qalan 5,3 faizi (404 milyon) də Şimali Amerika və Okeaniyada yaşayır.

Kişi əhalisinin qadınlara nisbətən daha çox olduğu dünyada hər 100 qadına qarşılıq 102 kişi yaşayır.

BMT Əhali Fondunun "2017 Dünya Əhalisinin Vəziyyəti Hesabatı"na görə isə inkişaf etmiş ölkələrin əhalisi 1 milyard 260 milyon, az inkişaf etmiş ölkələrin əhalisi 6 milyard 290 milyon, dünya əhalisi isə 7 milyard 550 milyondur.

İnkişaf etmiş ölkələrin ümumi əhalisinin 16 faizi 10-24 yaş, 65 faizi 15-64 yaş, 18 faizi isə 65 yaş və yuxarı yaş qrupundan ibarətdir.

Bu nisbətlər az inkişaf etmiş ölkələrdə 10-24 yaş üçün 28 faiz, 15-64 yaş üçün 65 faiz, 65 yaş və yuxarı üçün isə 7 faizdir.

Hesabata görə, dünya əhalisinin 26 faizi 10-24 yaş aralığında, 65 faizi 15-64 yaş aralığında, 9 faizi  isə 65 yaş və yuxarıdır.

Dünyada orta ömür müddəti kişilərdə 70, qadınlarda idə 74 ildir.

Proqnozlar dünya əhalisi içində yaşlıların nisbətinin 2050-ci ilə qədər 22 faizə çatacağı yönündədir.

BMT-yə görə, təxminən 700 milyon insan hazırda 60 yaşdan yuxarıdır. Faktlar bu yaş aralığında əhalinin 2030-cu ildə 1,4 milyarda, 2050-ci ildə isə 2 milyarda çatacağını göstərir. Digər tərəfdən, dünyada hər 8 nəfərdən biri 60 yaş və yuxarıdır.

İşləyənlərin sayındakı artım ən böyük miqdarda və ən sürətli şəkildə inkişaf etməkdə olan ölkələrdə müşahidə ediləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 06:15



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com