Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Sentyabr

2018
11:06
13081
Nikol Paşinyan İlham Əliyevlə mühüm razılaşmalar əldə etdiklərini açıqladı

Azərbaycan prezidentinin mətbuat xidməti xəbər verir ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev qonşu ölkələrin ikitərəfli münasibətlərində üç məqamı müzakirə ediblər. Virtualaz.org “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə erməni baş nazir “Facebook”dakı canlı yayımda bildirib.

“Görüş qeyri-formal idi, biz ilk dəfə söhbət etdik”, - baş nazir qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin onları futbol üzrə dünya çempionatı vaxtı tanış etməsinə baxmayaraq, Moskvada Ermənistan və Azərbaycan liderləri söhbət edə bilməmişdilər.

“Ermənistan və Azərbaycan müdafiə nazirləri razılığa gəlməlidirlər ki, sərhəddəki hadisələrin qarşısı alınsın”, - Paşinyan birinci müddəanı səsləndirib.

Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra bu razılaşma barədə Bako Saakyana xəbər verib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır.

“Dörd ay ərzində ilk dəfə sərhəddə heç bir hadisə baş verməyib. Mənim baş nazirliyim dövründə ilk dəfə gecə sakit keçib”, - Paşinyan vurğulayıb.

İkinci müddəa olaraq, Ermənistanın baş naziri və Azərbaycan prezidenti dialoq və danışıqlara sadiq qalacaqları barədə razılığa gəliblər. Hər ikisi Qarabağ məsələsinin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

“Razılığa gəldiyimiz üçüncü vacib qərar bizim aramızda operativ əlaqənin təşkili oldu. Bunu ölkələrimizdəki müvafiq qurumlara tapşıracağıq”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olması çox mühümdür.

Baş nazir bununla belə bildirib ki, dünən axşam və bu gün ünsiyyətdə olmalarına baxmayaraq, ətraflı danışıqlar aparılmayıb.

“Bizim üçün başlıca problem atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması idi... Açığını deyim ki, onunla razılığa gəldiyimiz üçün şadam”, -Paşinyan vurğulayıb.

Məqalədə : İlham Əliyev Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
525

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
357

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
221

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
180

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
178

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
308

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
375
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 01:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru