Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
16:37
3356
Bakı metropolitenində təlim keçirilib

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün istehsalat sahələrində taktiki-təlim məşğələləri planlı şəkildə və mütəmadi keçirilir. FaktXeber.com-a bu barədə qurumun Mətbuat Xidmətindən xəbər verilib.

Məlumatda bildirilir ki, tədbirlər planına uyğun olaraq, növbəti belə tədbir səhmdar cəmiyyətin idarə aparatının da yerləşdiiyi texnoloji korpusunda baş tutub.

“Diqqət hamıya” komandası ilə birləşmiş dəstə manqaları dərhal öz funksional vəzifələrini yerinə yetirməyə başlayıblar. Rabitəçilərdən, tibb məntəqəsi, lift sahəsi, mühafizə xidmətinin işçilərindən, elektriklərdən, santexniklərdən ibarət qruplar yaradılan qərargahdan idarə olunmaqla öz sahələrinə aid qurğu və avadanlıqları yoxladıqdan sonra, binada çalışan işçilərin təxliyə prosesinə qoşulublar.

Bütün proseslər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla və qısa müddətdə başa çatdırılıb.

"Bakı Metropoliteni" QSC-nin mülki müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə manqalarının fəaliyyətini yüksək qiymətləndirib.

Məqalədə : Bakı Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
529

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
361

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
226

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
184

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
182

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
315

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
381
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 02:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru