Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
14:02
İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü söhbətləşdi - VİDEO

Tacikstanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas baş tutub.

Sammitin rəsmi açılış mərasimi zamanı MDB ölkələrinin liderləri əlifba sırası ilə yanaşı dayanıblar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri yanaşı durmalı olub.

Rəsmi fotoçəkiliş başa çatdıqdan sonra MDB liderləri sammitin keçirildiyi zala istiqamət alıblar, bu zaman İlham Əliyevlə Nikol Paşinyanın ayaqüstü nəsə danışdıqları kameralar tərəfindən qeydə alınıb.

İlham Əliyevlə Nikol Paşinyan arasında ilk təmas bu ilin iyun ayında Moskvada futbl üzrə Dünya Çempionatının açılış mərasimi zamanı baş tutub. Paşinyan bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin onu Azərbaycan dövlət başçısı ilə tanış edib. Amma Paşinyanın sözlərinə görə, məsələ formal tanışlıqdan uzağa getməyib. İndi isə Paşinyanla Əliyev ilk dəfə bir-birləri ilə danışıblar. Bu, Nikol Paşinyanın Qarabağa dair ziddiyətli və qızışdırıcı bəyanatlarından, Azərbaycan prezidentinin ona sərt xəbərdarlığından sonra baş tutur.

O da bildirilir ki, Tacikistan prezidenti MDB sammitinin iştirakçılarının şərəfinə ziyafət verərkən Nikol Paşinyan masanın baş tərəfində tək oturub. Qalan prezidentlər isə yanaşı oturublar.

Məqalədə : İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53102

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52763

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52440

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57862

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52492
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 08:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru