Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
12:55
3054
Sabahki mitinqin təşkilatçılarına xəbərdarlıq edilib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.

FaktXəbər-in məlumatına görə, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov “Report”a açıqlamasında bildirib ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib. 

General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: “Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər. Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir. Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qeyd edək ki, bir qrup siyasi partiya və ictimai təşkilat 29 sentyabrda “Məhsul” stadionunda mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH aksiyanın keçirilməsinə razılıq verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
79

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
41

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
41

Xarici valyutaların manata qarşı məzənnələri

20

May
09:42
İQTİSADİYYAT
1148

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1360
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 10:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru