Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
12:40
3336
YAP-çı deputat `Qarabağ mitinqi`ni dəstəklədi

Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatınıən (QAT) təşəbbüsü ilə keçiriləcək, və  bir sıra ictimai xadimlər, Qarabağ döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu "Qarabağ  mitinqi”nə icazə verib. 

Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək.

Təşkilatçılar bəyan ediblər ki, 29 sentyabr "Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə  səslənib. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Modern.az-a açıqlamasında “Qarabağ mitinqi”nin keçrilməsinə münasibət bildirib.

YAP rəsmisi hesab edir ki, mitinq Qarabağla bağlı olduğundan orada hər bir kəs iştirak etməlidir:

“Bu mitinq Azərbaycan millətinin mitinqidir. Burada iqtidar, müxalifət adı olmamalıdır.  Qarabağ problemi bütün Azərbaycanın dərdidir. Burada müxalifət və iqtidar yoxdur. Ona görə də hesab edirəm ki, mitinqə hamı qoşulmalıdır. Amma mitinq də mitinq səviyyəsində olmalıdır. Mitinq Bakı şəhər İcra Hakimiyyətinin icazəsinə hörmət əlaməti olaraq qaydalara uyğun keçirilməlidir”.

E.İbrahimov deyib ki, sentyabrın 29-da keçiriləcək "Qarabağ  mitinqi” elə bir aksiya olmalıdır ki, onu ümumxalq mitinqi adlandıra bilək:

“Çünki biz Qarabağla bağlı mitinq keçiririk və düşmən də bizə kənardan baxıb gülməsin ki, bu nə mitinqi filan...”.

Məqalədə : YAP Qarabağ mitinqi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bir gündə 28 nəfər saxlanılıb

18

May
15:15
HÜQUQ,HADİSƏ
101

Bu il 15 rayonda pambıq əkilib

18

May
14:55
İQTİSADİYYAT
116

Laçının işğalından 27 il ötür

18

May
11:35
ÖLKƏ
236
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 12:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru