Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
12:30
Şirin səyahət: Azərbaycan turistləri fərqli qarşıladı – VİDEO - FOTO

Dövlət Turizm Agentliyi tərəfindən 27 sentyabr Ümumdünya Turizm Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib, ilk dəfə olaraq ölkəmizə gələn turistlər tamamilə fərqli qarşılanıb, 24 saat ərzində ölkəyə hava limanından daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunub.

Dövlət Turizm Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, bundan əlavə, gün ərzində Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunub, "Yanardağ" və "Atəşgah məbədi" dövlət qoruqları isə ödənişsiz fəaliyyət göstəriblər. Həmçinin Fəvvarələr meydanında milli sənətkarlıq nümunələrinin nümayişi və master-klasslar, axşam saatlarında isə canlı konsert təşkil edilib. Sənətkarların əl işlərindən ibarət sərgi 4 gün davam edəcək.

Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunacaq növbəti irimiqyaslı tədbir - Milli Turizm Sammiti 18 oktyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində baş tutacaq və tədbirdə Azərbaycanın yeni milli turizm brendinin təqdimatı həyata keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : turizm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 17:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com