Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
09:18
2786
Lerikin keçilməz yolları - VİDEO

Lerikin bu kəndinə yalnız UAZ və "Niva" ilə gedib çıxmaq olur.

Kənd camaatı deyir ki, illərdir çala-çuxur yoldan istifadə etməyə məcburdurlar.

Nə az, nə çox 10 ildir üz tutmadıqları dövlət qurumu qalmayıb. Yol dərdlərinə əlac istəyiblər, amma hələ ki bir faydası olmayıb:

Hələ 2009-cu ildə onlara deyilib ki, tezliklə Axunahiran kənd yolu təmir olunacaq.

Amma bu hələ də vəd olaraq qalır.

Veri kəndindən Lerikin mərkəzinə 30 kilometrlik yol var. Amma sakinlər deyir ki, həmin yol keçilməzdir. Buna görə yollarını uzatmalı olsalar da, Piran yolundan istifadə edirlər. Amma yeni çəkilmiş Piran yoluna gedib çatmaq üçün də gərək Veridən çıxıb 18 kilometrlik bu kələ-kötür yolu keçəsən. Sakinlər bu yolu ancaq “UAZ” və niva ilə keçə bilirlər:

Camaat deyir ki, noyabr ayından aprelə kimi bu yol tam keçilməz olur.

Piran-Veri yolundan 7 kəndin sakinləri istifadə edirlər. Burdan Lənkərana daha yaxın olduğundan sakinlər alış-verişə eləməyə ora gedirlər. Bəzən 4 nəfərlik maşına 6-7 nəfər doluşur. Adam başına da 5 manat ödəyirlər. Lənkərana qədər iki saatlıq yolun yarıdan çoxunu da bu yolu keçmək alır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub. Bu istiqamətdə işlər davam etdirilir.

Onun sözlərinə görə, Lerik-Piran-Hamarat-Vjaker yolunun yenidən qurulması ilə bağlı layihə yekunlaşmaq üzrədir. Bu layihəyə düşən yollar yenidən qurulub.

Amma Anar Nəcəfli deyir ki, Piran-Veri yolu bu il layihəyə düşməyib. Amma növbəti illərdə salınması nəzərdə tutulur.

Kənd camaatı isə yenə öz yollarının problemini özləri həll etməyə çalışır. Deyirlər ki, qapı-qapı pul yığıb, öz hesablarına yolu hamarlamağa çalışırlar. Amma bu da yağışlar yağana qədər tab gətirir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Lerik 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 10:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com