Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
08:55
Şahmat üzrə Azərbaycan yığması Ümumdünya Şahmat Olimpiyadasında liderdir

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiyadası çərçivəsində İngiltərə komandası üzərində 3,5-0,5 hesabı ilə qalib gəlib.

FaktXəbər-in məlumatına görə, Şəhriyar Məmmədyarov Maykl Adams üzərində qələbə qazanıb, Teymur Rəcəbov və Rauf Məmmədov həmçinin rəqiblərindən güclü olublar, Arkadiy Naydiç isə heç-heçə edib.

Beləliklə 8 xalla turnirə Azərbaycan yığması başçılıq edir. Azərbaycanla bərabər Polşa, Çin, Fransa, İsrail, ABŞ, Ermənistan, Çexiya və Ukrayna yığmalarının da hesabında 8 xal var, lakin azərbaycanlı şahmatçılar əlavə göstəricilərə görə onları üstələyir.

Qeyd edək ki, bu gün Azərbaycan şahmatçıları Ermənistan komandası ilə qarşılaşacaq.

Oyuna canlı yayımla buradan baxa bilərsiniz.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 17:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com