Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2018
08:08
2384
Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşünə dair bəyanat yayılıb

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Endryu Şefer - ABŞ) 25-27 sentyabr tarixlərində BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanla görüşlərin yekunlarına dair bəyanat yayıblar.

FaktXəbər bildirir ki, bəyanat ATƏT-in rəsmi saytında dərc olunub.

Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Bəyanatda qeyd olunur ki, nazirlər görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları davam etdiriblər.

"Həmsədrlər və XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə ediblər. Bu yaxınlarda narahatlıq doğuran bəzi bəyanat və insidentlərə aydınlıq gətirilib.

Həmsədrlər davam etməkdə olan insan itkisi faktları ilə bağlı dərin təəssüf hisslərini ifadə ediblər.

Onlar nazirlərə gərginləşmənin təhlükələri barədə xəbərdarlıq edərək, tərəfləri konstruktiv müsbət ab-hava yaratmaq və vəziyyəti gərginləşdirən atmacalardan yayınmağa çağırıblar.

ATƏT-in Minsk qrupunun həmsədrləri bununla yanaşı qeyd ediblər ki, hərtərəfli nizamlanma üçün güzəştlər tələb olunur.

Nazirlər bu konteksdə danışıqlar prosesinin fəallaşdırılması üzrə tədbirlərin, həmçinin gərginlik səviyyəsinin azaldılması məqsədi ilə addımlar atılmasının mühüm olduğunu təsdiq ediblər. XİN rəhbərləri ilin sonunadək yenidən görüşmək barədə razılıq əldə ediblər.

Vasitəçilər yaxın gələcəkdə bölgəyə səfər etməyi, ardınca isə müvafiq qurumları danışıqların gedişatı barədə məlumatlandırmağı planlaşdırırlar", - deyə bəyanatda qeyd olunub.

Məqalədə : Dağlıq Qarabağ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
224

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
123
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 07:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru