Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
16:27
Tanınmış jurnalist yardım istədi: “Mənə kömək edin`

Tanınmış jurnalist Səbuhi Məmmədli müraciət yayıb. Faktxeber.com xəbər verir ki, jurnalist səhhətindəki ciddi problemlərin həlli məqsədilə iki cərahiyyə əməliyyatı keçirmək üçün maddi dəstəyə ehtiyac duyduğunu bildirib. O, xeyirxah insanlara müraciətində deyib:

“Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirdim. Ölümün bir addımlığında həkimlər tərəfindən xilas edildim. Ürəyimə stent qoyuldu.

Amma həkimlərin dediyinə görə - aşağıdakı şəkildə aydın göstərilib- ürək damarlarımın biri 85, digəri 70 faiz tutulub. Təcili əməliyyata ehtiyac var. Mən oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməliyəm. Daha iki stent qoyulmalı, qaraciyərin müalicəsini davam etdirməliyəm.

Mənim həyatım da məhz bu əməliyyatlardan və müalicədən asılıdır. Amma maddi vəziyyətim bu əməliyyatları keçirməyə imkan vermir. Sizdən bircə xahişim var. Mənə kömək edin, yaşamaq istəyirəm və inanıram ki, bu sizin sayənizdə olacaq. Öncədən təşəkükr edirəm”.

Səbuhi Məmmədliyə kömək göstərmək istəyənlər aşağıdakı bank hesablarına müraciət edə bilərlər.

Milli ön aparatından

Kapital bank

hesab 4169 7413 0765 5785

Məmmədov Səbuhi Məhəmməd oğlu

Məqalədə : jurnalist səbuhi məmmədli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 11:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru