Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
15:02
2252
“Dəmir yolları dəniz kənarından çıxarılacaq” - Cavid Qurbanov

“Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya istiqamətində 6.6 milyon ton yükdaşımalarımız olub. Bu, keçən illə müqayisədə 20 faiz çoxdur. Yəni yaxşı tendensiyadır”. 

Bu barədə jurnalistlərə açıqlamasında Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib: “Cənab prezidentin konkret tapşırığına əsasən, Azərbaycanda yolların genişləndirilməsi, sürətin artırılması, maya dəyərinin aşağı salınması istiqamətində işlər gedir. Bakıdan Yalamaya qədər olan məsafədə yolların düzəldilməsi üçün “Asiya Bankı”nın və “Asiya İnkişaf Agentliyi”nin dəstəyi ilə kredit ayrılması nəzərdə tutulub. Tender sənədləri artıq imzalanma ərəfəsindədir. Yəqin ki, yeni ildən orada işlərə başlayacağıq. 

Bakı-Astara istiqamətində də yol oxunun seçilməsi başa çatıb. Ölkə başçısının tapşırığı ilə Lənkəran dəniz ətrafının turizm zonasına çevrilməsi məqsədilə dəmir yolları dəniz kənarından çıxarılacaq. Bu, turizmin inkişafına səbəb olacaq, həm də insanların dənizdən istifadəsini asanlaşdıracaq”.  

Nazirin sözlərinə görə, yükdaşımalar artır, amma vaqon çatışmazlığı var: “Aylıq 100-120 min ton kütləvi yüklərin - kömür, dəmirin daşınması üçün texniki heyətimizdə çatışmazlıq var. Buna görə də cənab prezidentə müraciət etmişik, yəqin ki, ölçü götürüləcək. 

Bilirsiniz ki, Azərbaycanda ilk dəfə olaraq Qərb, Gürcüstan istiqamətində yeni elektrovozumuzun sınağını keçirdik, saatda 159 km hərəkətini təmin etdik. Bakıdan Gəncəyə elektrik qatarının ilin sonuna qədər açılışı gözlənilir. Prezidentin iştirakı ilə 15 günə qatarlara baxış keçiriləcək”. 

Bakı-Gəncə istiqamətində sürət qatarının qiymətinə gəlincə, Cavid Qurbanov qeyd edib ki, insanların büdcəsinə uyğun qiymət seçiləcək: “Oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının 1 ili tamam olur. Bu müddət ərzində 3 mindən çox vaqon yük daşınıb. Bu rəqəm azdır. Bizi qane etmir”./Qafqazinfo

Məqalədə : Cavid Qurbanov dəmir yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1417

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1928

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2051

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2158

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1828

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
580

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
142

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1948

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
114

Jurnalist Fuad Abbasov Azərbaycana deportasiya olunub

25

İyun
22:44
HÜQUQ,HADİSƏ
132
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 18:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru