
Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Sazişinin imzalama mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə KTN ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Akademik bildirib ki, bu saziş kənd təsərrüfatında elm və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin həlli və yüksək peşəkarlığa malik kadr potensialının hazırlanmasına böyük töhfə verəcək. KTN ilə birgə innovativ layihələrin icra olunacağını vurğulayan AMEA rəhbəri qeyd edib ki, bu istiqamətdə elmi-tədqiqat institutlarında istehsalat-təcrübə imkanlarından yararlanmaq üçün geniş şərait yaradılacaq. Bundan başqa, AMEA və KTN-nin təcrübə sahələrində birgə nümunəvi təsərrüfatların yaradılması imkanları da araşdırılacaq.
Daha sonra çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, son illər dövlət başçısının Azərbaycanda qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə həyata keçirilən islahatların ilkin təhlili göstərir ki, bu sahədə davamlı inkişafa nail olmaq üçün elmi əsaslara söykənən, fermer və kəndlilərimizin mənafeyinə xidmət edən strategiyanın formalaşmasına zərurət var.
Kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin rəqabət qabiliyyətinin yüksəldilməsinin vacib olduğunu deyən nazir vurğulayıb ki, bunun üçün ümumi hədəfə doğru əməkdaşlıq olduqca vacibdir. İnam Kərimov bu səbəbdən imzalayacaq əməkdaşlıq haqqında Niyyət Sazişinə böyük əhəmiyyət verdiyini qeyd edib.
Tədbirdə çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Niyyət Sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. Akademik bildirib ki, AMEA ilə birgə kənd təsərrüfatı sistemində aqrar elmin təşkili elmi-tədqiqat işlərinin genişlənməsinə kömək edəcək. Əhliman Əmiraslanovhər iki qurumun elmi-tədqiqat müəssisələri elmi araşdırmalarla yanaşı, alınmış elmi nəticələrin praktiki tətbiqini reallaşdıraraq növbəti illərdə ciddi nailiyyətlərə imza atacaqlarına ümidvar olduğunu deyib.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış edərək bugünkü tədbiri ölkənin aqrar həyatında əhəmiyyətli addım kimi qiymətləndirib. Akademik qeyd edib ki, AMEA-nın son beş ildə apardığı islahatlar nəticəsində nəinki yerli qurumlar, o cümlədən xarici təşkilatlar da akademiya ilə əməkdaşlığa böyük maraq göstərirlər. Akademik-katib birgə əməkdaşlıq təşəbbüsünün AMEA-nın ötən ilki Ümumi yığıncağında müəyyən edilən prioritetlərdən biri olduğunu vurğulayıb. Alim onu da bildirib ki, hazırda aktual olan kənd təsərrüfatının elektronlaşdırılması istiqamətində aqroinformasiya texnologiyalarının tətbiqi, bu işə biznes qurumları ilə yanaşı, elmi müəssisələrin də cəlb edilməsi, məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və layihələrin işlənməsi olduqca zəruridir. Akademik Rasim Əliquliyev çıxışında KTN-in nəzdində aqroinformatika institutunun yaradılmasını təklif edib. Bu sahədə mütəxəssisin az olduğunu söyləyən akademik AMEA-nın bu işdə nazirliyə dəstək verə biləcəyini də deyib.
Bundan başqa, akademik ölkədə ərzaq təhlükəsizliyinə nail olunması üçün AMEA-nın regionlardakı elmi bölmə və mərkəzləri ilə KTN-in regionlardakı müvafiq təşkilatları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması təklifini irəli sürüb. Bu yöndə birgə islahatların müsbət nəticə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən KTN-in Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev bildirib ki, Niyyət Sazişi tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması məqsədi ilə aqrar elm və istehsalat arasındakı əlaqələrin yenidən qurulmasına, tətbiqi elmi araşdırmaların bazar iqtisadiyyatının tələblərinə müvafiq aparılmasına xidmət edəcək. Məruzəçi vurğulayıb ki, bu əməkdaşlıq nəticəsində təsərrüfat subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə fəaliyyət prioritetləri müəyyənləşdiriləcək.
Tədbirdə həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai, AMEA-nın müxbir üzvləri Bilal Bilalov və İsmayılov çıxış edərək Niyyət Sazişinin müştərək fəaliyyət istiqamətində atılmış uğurlu addım olduğunu, əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini bildiriblər.
Sonda AMEA ilə KTN arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması, aqrar elmin təşkili və birgə multidissiplinar elmi-tədqiqat işlərinin aparılması, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsi, yerli və beynəlxalq qrant müsabiqalərinin təşkili də nəzərdə tutulur.
Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və kənd təsərrüfatı naziri İnam Kərimov imzalayıblar.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun14-01-2020 11:58 İnam Kərimov: “Azərbaycanda taxıl istehsalı 7% artıb”
27-11-2019 10:19 İnam Kərimov: "Tütünçülükdə əkin sahələri 6000 hektara çatdırılacaq"
10-10-2019 11:36 İnam Kərimovun yeni müavini o oldu
06-09-2019 16:55 Nazir 2 nəfəri işdən qovdu
19-04-2019 20:06 İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edəcək
22-02-2019 14:20 İnam Kərimovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı