Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
11:33
10399
Prokurorluq Qazax polisində izahata çağırılan şəxsin öldüyünü təsdiqlədi

Qazax rayon sakini Teymur Axundov ötən gecə yerli polis şöbəsində ölüb. Bacısının sözlərinə görə, o, ölüncəyədək döyülüb. Buna sübut kimi sosial şəbəkələrdə qardaşının cəsədinin fotosunu paylaşıb. Mərhumun bədənində çoxlu qançır izləri olub.

FaktXəbər-in məlumatına görə, "Turan" agentliyinin sorğusuna cavab olaraq rayon prokurorluğundan bildiriblər ki, CM-in 123-cü maddəsi (cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) ilə cinayət işi qaldırılıb. Mənbə istintaq sirrinə əsaslanaraq detallı məlumat verməkdən imtina edib.

Öz növbəsində yerli polis şöbəsindən Turan-a bildiriblər ki, T.Axundov söhbət üçün çağırılıb. “Orada halı pisləşib. “Təcili yardım” çağırıblar və xəstəxanaya aparıblar, orada vəfat edib”.

Mərhumun bacısı isə Ülviyə Axundova bildirib ki, qardaşı siqaret almaq üçün küçəyə çıxıb və oradan onu polisə aparıblar. “Mən dərhal onun ardınca polisə getdim, ancaq məni içəri buraxmadılar. Sonra “təcili yardım” gəldi. Bundan sonra xəstəxanadan mənə telefon edərək qardaşımın öldüyünü dedilər”, – o bildirib.

İşgəncələrə qarşı Azərbaycan Komitəsi isə Qazax rayon Polis Şöbəsində baş verən ölümlə bağlı araşdırma aparıb.

Komitə sədri Tural Hüseynovun Trend-ə verdiyi məlumata görə, araşdırma zamanı polis şöbəsində dünyasını dəyişən Elmir Axundovun bir gün əvvəl rayonda “Polisə İctimai Dəstək” üzvü ilə dalaşdığı məlum olub:

“E.Axundov həmin şəxslə bağlı prokurorluğa, “Polisə İctimai Dəstək” üzvü isə iki dişini qırdığı üçün E.Axundovla bağlı polisə şikayət edib. Polisə daxil olan şikayət əsasında şöbəyə çağırılan E.Axundov özünü pis hiss edib, dərhal xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. E.Axundovun bədənindəki izlər isə dalaşdığı zaman aldığı xəsarətlər olub”.

Məqalədə : Qazax 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
943

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2096

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2686

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
67

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
777

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4045

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
65

Boeing-in zavodu sifarişsiz qalıb

18

İyun
14:18
DÜNYA
1838

Ağstafadakı qətliamın DƏHŞƏTLİ VİDEOSU YAYILDI

18

İyun
13:40
HÜQUQ,HADİSƏ
2481

Sabahın hava proqnozu açıqlanıb

18

İyun
12:58
ÖLKƏ
3325

Azərbaycan BMT-yə hesabat verəcək

18

İyun
12:42
ÖLKƏ
2051

Fuad Abbasov həbsi haqda danışdı - Səs yazısı

18

İyun
12:34
HÜQUQ,HADİSƏ
1484

Mişel Platini Fransada həbs olundu

18

İyun
12:21
İDMAN
2991
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 17:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru