Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
11:10
Samur çayı üzərində yeni körpü 1 ilə hazır olacaq

“Azərbaycan və Rusiya Samur çayı üzərində yeni körpünün salınması ilə bağlı uzun müddətdir ki, danışır. Bu məsələdə uduzuruq. Halbuki bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinə maraq var”.

Bunu Rusiya prezidentinin köməkçisi İqor Levetin Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında insanların rahat hərəkəti, yüklərin tez daşınması təmin olunmalıdır: “Sərnişinlər və yüksək sərhəd-keçid məntəqələrində saxlanılmamalıdır. Bunun üçün rəqəmsallaşma çox vacibdir”.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Samur çayı üzərindəki yeni körpü layihənin reallaşdırılması ilə hazırda aktiv iş gedir: “Müvafiq infrastruktur hazırlanır. Körpü 1 ilə hazır olacaq”.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Samur çayı 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com