Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
10:59
`Azərbaycan Yessentukidə 25 milyon dollarlıq sanatoriya-kurort mərkəzi tikdirib`

“Biz böyük məmnuniyyətlə Rusiyanın bütün subyektləri ilə əlaqələr qurmağa və Azərbaycanın işgüzar dairələrinin bu regionlara investisiya yatırmasına marağını stimullaşdırmağa hazırıq”.

Bu sözləri IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında çıxış edən Səməd Qurbanov deyib:

“Rusiya Azərbaycanın əsas ticari və  iqtisadi partnyorlarından biridir. Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyəti 2016-cı ildə yaradılıb və iki ölkə rəhbərliyinin Azərbaycanla Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin genişləndirilməsi istiqmətindəki təşəbbüslərinin reallaşdırılmasında effektiv mexanizmlərdən biridir. Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas tapşırığı Azərbaycan biznes cəmiyyətinin Rusiya ilə əlaqəli fəaliyyətində maraqlarına dəstək olmaq, hər iki ölkənin işgüzar dairələrinin əməkdaşlıqlarında yeni imkanları araşdırmaqdır”. 

O bildirib ki, son zamanlar İşgüzar Şuranın üzvləri və Şuranın köməyi ilə Rusiya subyektlərində bir sıra iri layihələr həyata keçirilib:

"Yessentuki şəhərində Azərbaycanın "Karat Holding" şirkəti tərəfindən dəyəri 25 milyon dollar olan sanatoriya-kurort mərkəzi istismara verilib. Bundan başqa, Azərbaycanın "Atef" şirkəti Həştərxanda  "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici rezidenti olub”.(Qafqazinfo)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Yessentuki 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 14:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com