Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
11:38
Azərbaycan cüdo yığması dünya çempionatında Yaponiyaya uduzub - YENİLƏNİB

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Rəqib Yaponiya yığması olub. Görüş "gündoğar ölkə" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2. Heyətdəki qadın cüdoçuların hamısı - İçinxorlu Munxtsedev (57kq), İrina Kindzeska (+70 kq) və Günel Həsənli (70 kq) rəqiblərinə məğlub olublar.

Kişilərdən Uşangi Kokauri (+90 kq) əlavə vaxtda rəqibinə ipponla qalib gəlib. Məmmədəli Mehdiyev (90 kq) də rəqibini üstələməyi bacarıb. Rüstəm Orucov (75 kq) isə ipponla məğlub olub.

Dünya çempionatı

27 sentyabr

Komanda yarışları

1/4 final

Azərbaycan - Yaponiya - 2:4

57 kq. İçinxorlu Munxtsedev – Momo Tamaoki – 0:1

70 kq. Günel Həsənli – Yoko Ono - 0:1

+70 kq. İrina Kindzerska – Sara Asahina - 0:1

90 kq. Məmmədəli Mehdiyev – Mukayi Şoiciro - 1:0

+90 kq. Uşangi Kokauri– Yusey Oqava - 1:0

73 kq. Rüstəm Orucov – Arata Tatsukava - 0:1

*** 10:00

Azərbaycanın cüdo üzrə qarışıq komandası Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Yerli kollektiv 1/8 finalda Avstriyanı üstələməyi bacarıb. Heyət üzvlərindən  yalnız Günel Həsənli (70 kq) görüşünü məğlubiyyətlə başa vurub.  Digər qadın cüdoçu İçinxorlu Munxtsedev rəqibi olmadığı üçün qalib elan olunub. İrina Kindzeska (+70 kq) isə rəqibinə qalib gəlib. 

Kişilərdən Tural Safquliyev (90 kq) və Tornike Kokauri (+90 kq) qalib gəlib. Hidayət Heydərovun (73 kq) isə mübarizə aparmasına ehtiyac qalmayıb. Çünki Azərbaycan yığması bu görüşədək qələbəni təmin edib - 4:1. 

1/4 final mərhələsində rəqib Yaponiya olacaq. 

Dünya çempionatı

27 sentyabr

Komanda yarışları

1/8 final

Azərbaycan - Avstriya - 4:1

57 kq. İçinxorlu Munxtsedev - rəqibi olmadığı üçün qalib elan olunub.

70 kq. Günel Həsənli - Mixaela Polleres - 0:1

+70 kq. İrina Kindzerska - Mariya Höllvart - 1:0

90 kq. Tural Safquliyev - Sebastian Şnayder - 1:0

+90 kq. Tornike Kokauri - Daniel Allerstorfer - 1:0

73 kq. Hidayət Heydərov - Lukas Rayter görüşü keçirilməyib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : cüdo 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 19:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com