Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Sentyabr

2018
07:53
Azərbaycan cüdo üzrə dünya çempionatında 11-ci, kişilərin yarışında 6-cı yeri tutub

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub.

Komanda üzvlərindən Uşangi Kokauri (+100 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib olub. Bundan başqa Kəramət Hüseynov (60 kq) 5-ci, İrina Kindzeska (+78 kq) 7-ci yeri tutub.

Azərbaycan yığması kişilərin mübarizəsində 6-cı, qadınların yarışında 24-cü yerlə kifayətlənib.

Bakıdakı dünya çempionatında 125 ölkədən cəmi 22-si medal qazana bilib. 14 qızıl medaldan yarısı Yaponiyaya qismət olub. Cüdonun yaradıcıları qadınların yarışında 5, kişilərin mübarizəsində 2 qızıl medala yiyələnib. Ümumilikdə 56 medalın 16-sı (7 qızıl, 5 gümüş və 4 bürünc) "Gündoğar ölkə"yə qismət olub. Bakıya tam heyətlə - 18 cüdoçu ilə gələn Yaponiya yığmasının üzvlərindən yalnız 2-si medalsız qalıb. Mükafatçılar sırasına düşə biməyənlərdən 1-i isə 5-ci yerlə kifayətlənib. Qadın cüdoçulardan hamısı - 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medal qazanıb. Kişilərdən isə 2-si qızıl, 2-si gümüş, 3-ü bürünc medal əldə edib. Ən yüksək əyarlı medallar 60 kq və 66 kq çəkilərdə əldə edilibsə, medalsız qalan cüdoçulardan 1-i 100 kq, digəri isə 100 kq-dan yuxarı çəkilərdə mübarizə aparıb.

Qalan qızıl medallardan 2-si Cənubi Koreyaya, hərəyə 1-i Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub.

Ümumilikdə medalçılardan Yaponiya (7; 5; 4), Cənubi Koreya (2; 0; 1), İran (1; 0; 1), Qazaxıstan (0; 1; 1) və Monqolustan (0; 0; 3) Asiyanı, Fransa (1; 1; 2), Gürcüstan (1; 1; 1), Ukrayna (1; 0; 1), İspaniya (1; 0; 0), Rusiya (0; 1; 2), Hollandiya (0; 1; 2), Azərbaycan (0; 1; 1), Böyük Britaniya (0; 1; 0), Türkiyə (0; 0; 2), Almaniya (0; 0; 1), Sloveniya (0; 0; 1), Bosniya və Herseqovina (0; 0; 1) Avropanı, Kuba (0; 2; 0), Braziliya (0; 0; 1), Kanada (0; 0; 1), Argentina (0; 0; 1), Kolumbiya (0; 0; 1) Amerikanı təmsil edir.

Qeyd edək ki, dünya çempionatında iştirak edən cüdoçulara reytinq xalları da verilib. Çempionlar 2000 xal, vitse-çempionlar 1400 xal, bürünc mükafatçılar hərəyə 1000 xal, 5-ci yerin sahibləri 720 xal, 7-ci yerin sahibləri 520 xal, 1/8 finalda uduzanlar 320 xal, 1/16 finalda uduzanlar 240 xal, 1 görüşdə qalib gələnlər 200 xal, ilk oyundaca məğlub olanlar 20 xal əldə ediblər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : cüdo 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 14:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com