Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
13:06
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub

Gömrük qanunvericiliyində ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulur.

FaktXeber.com-un AzərTaс-a istinadla məlumatına görə, bu sözləri Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinin rəisi Sənan Muxtarov "Gömrük İslahatları və Modernləşdirmə" mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələri 90 gün ərzində ölkəni tərk etməli, ölkəni tərk edən nəqliyyat vasitələri isə 2 il müddətində geri qayıtmalıdır. Turizmin inkişafına dəstək olmaq üçün bu müddətin ləğv edilməsi ilə bağlı gömrük qanunvericiliyində dəyişiklik nəzərdə tutulub və bu məsələ ilə bağlı hökumətə təklif göndərilib. Təklif təsdiqləndiyi halda bu müddətin ləğv edilməsi planlaşdırılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gömrük 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2018 23:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com