Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
12:49
2640
Erməni separatçıları Putin və Makronun Bakıya səfərinə necə “hazırlaşıblar”?
Elxan Şahinoğlu: "Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır, başqa yol yoxdur"

Gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyanın və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın 3 təxribatını saydım. Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları, ikinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışı, üçüncü təxribat Xankəndidə imzalanan sazişdir.

FaktXeber.com-un verdiyi məlumata görə, bunu “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, analitik Elxan Şahinoğlu deyib. O, bildirib ki, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır, bunun başqa yolu yoxdur: "Ermənilər bu təxribatlarını Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risq etməsin. Elə tam əksinə, Azərbaycan sərhəddini pozan təyyarələr vurulmalıdır ki, Vladimir Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın. Paşinyanın təxribatçı açıqlamalarına gəldikdə isə bu son bir ayda genişlənib və ardı gəlir".

Politoloq sentyabrın 25-də Xankədidə separatçıların lideri Bako Saakyanla Fransanın Alforvil şəhərinin (45 min əhalisi var) meri Mişel Jerşinoviç arasında “dostluq və əməkdaşlıq sazişi” imzalandığını xatırladıb: "Bu da ermənilərin Fransa prezidenti Emmanuel Makronun Bakıya səfəri öncə həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb, ona nota verilməlidir".

Məqalədə : Elxan Şahinoğlu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
117

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
129

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
120

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
117

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
141

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
143

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
150

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
266

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
289

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
276
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 20:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru