Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
12:32
Ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaqlar

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qəbiristanlıq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 02:46



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com