Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
12:18
2180
Dünyanın ən ağıllı robotu Azərbaycana gələcək

Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək. FaktXeber.com-un məlumatına görə, “İnnovasiyalar həftəsi” oktyabrın 26-30-da baş tutacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq. 

Azərbaycanda keçiriləcək tədbirdə 1000-dən çox adam iştirak edəcək.

Robot “Sofiya” Azərbaycanın milli geyimi ilə çıxış edəcək. 

Qeyd edilib ki, “Sofiya”nın hər kəsi Azərbaycan dilində salamlaması da mümkündür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
104

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
58

Gənclər üçün yeni iş imkanı

20

May
13:18
ÖLKƏ
86
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 17:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru