Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
10:54
1945
Deputatdan təklif: Siqaret satışı üçün xüsusi yerlər müəyyən olunsun

Azərbaycanda siqaretin, tütün məhsullarının satışı üçün xüsusi yerlər müəyyən olunsun. Bu təkliflə millət vəkili Elmira Axundova çıxış edib. 

O qeyd edib ki, ictimai yerlərdə tütün və tütün məmulatlarının istifadəsi məhdudlaşdırılsa da, mövcud qanunun tələbləri, müddəaları bir sıra hallarda pozulmaqdadır.

Millət vəkili orta məktəb binalarının, azyaşlı uşaqların, yeniyetmələrin təhsil aldığı, əyləndiyi, istirahət etdiyi ərazilərin yaxınlığında tütün məhsullarının satışının davam etdirilməsinin yolverilməz və qəbuledilməz olduğunu bildirib:

“Odur ki, bu məsələni kökündən həll etmək üçün həm tütün məmulatlarının satışı məhdudlaşdırılmalıdır, həm də müvafiq yerlər müəyyən edilməlidir ki, ancaq orada siqaret satılsın. Başqa yerdə siqaret satışı həyata keçirilməsin və bunu edənlər qanun qarşısında cavab versinlər. Hesab edirəm ki, yalnız o zaman bu məsələ ətrafında yaşanan narahatlıqlar aradan qalxar, problemlər həllini tapar”./Oxu.az

Məqalədə : tütün 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1725

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
126

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 21:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru