Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Sentyabr

2018
10:24
Gürcüstan ordusunun azərbaycanlı çağırışçılarına gürcü dili öyrədilir

Gürcüstanda həqiqi hərbi xidmət keçən milli azlıqların nümayəndələri üçün gürcü dilinin tədrisinə başlanılıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Xtsisi” hərbi bazasında start verilən 7 həftəlik proqramda 82 azərbaycanlı və 41 erməni çağırışçı iştirak edir. Dil kursunu Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbinin müəllimləri keçirlər.

Proqram çərçivəsində çağırışçılar dövlət dilində yazmaq, oxumaq, danışmaq, rəsmi məktub və sənədləri yazmağı öyrənəcəklər. Kurs başa çatandan sonra çağırışçılar sertifikatlarla təltif olunacaqlar.

Tədris proqramının həyata keçirilməsində məqsəd milli azlıqlardan olan Gürcüstan vətəndaşlarının dövlət dili üzrə biliklərinin artırılması, silahlı qüvvələrə inteqrasiyası, karyeralarının silahlı qüvvələrdə davam etdirilməsinə imkanın yaradılmasıdır. Layihə Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gürcüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com