Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
16:41
İndoneziyalı gənc 49 gün açıq okeanda üzən evdə dreyf edib - FOTO

İndoneziya sahillərinin 125 km-də  romponqa  (üzən balıqçı koması) xidmət edən 19 yaşlı indoneziyalı gənc Aldi Novel Adilanq, 49 gün açıq okeanda dreyf etməli olub. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə yerli Jakarta Post xəbər verib.

Adilanqın əsas işi balıq tutmaq olub: o, gecələr lampa işığı ilə balıqları cəlb edirdi. Balıqçılıq kompaniyasının nümayəndəsi tutulan balıqları götürmək və vaxtının çox hissəsini tənha vəziyyətdə keçirən gənci içməli su, həmçinin yanacaqla təmin etmək üçün həftədə bir dəfə onun yanına gəlirdi. Qalan vaxtlar isə Adilanq insanlarla ancaq radio vasitəsilə əlaqə saxlayırdı.

İyulun 14-də külək üzən daxmanı açıq okeana sürüyür. Gəmi dreyf edərkən 19 yaşlı gənc balıq yeyib və dəniz suyu içib. Bir müddət sonra soba üçün yanacaq bitir və gənc yemək bişirmək üçün rompinqin ağac detallarını yandırmaq məcburiyyətində qalır.

Sonradan məlum olub ki, bu müddət ərzində üzən daxmanın yanından onlarla iri gəmi keçib, lakin onların heç birinin heyəti  gənci görməyib.

Avqustun 31-də Yaponiyaya üzən Panamanın Arpeggio yük gəmisi romponqun yanından keçir. Əvvəlcə heyət üzvləri gənci görmürlər. Lakin Adilanq cəld radioda düzgün tezliyi tapır. Gənc tezliklə gəminin göyərtəsinə qaldırılır.

Sentyabrın 6-da gəmi Yaponiyanın Tokuyama şəhərinə çatır. İki gün sonra isə indoneziyalı təyyarə ilə Cakartaya yola salınır.

Hazırda gənc Manado şəhərində ailəsinə qovuşub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2018 04:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com