Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2018
15:25
`Qarabağ` - `Arsenal` oyununa 20 min bilet satılıb

Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Faktxeber.com Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 20 min bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), İticket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, “Qarabağ” - ”Arsenal” oyunu oktyabrın 4-ü saat 20:55-də keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qarabağ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2018 14:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com